...

“Azəryol” voleybol klubunun idman bazasında media nümayəndələri mükafatlandırıldı (FOTO)

İdman Materials 24 Oktyabr 2014 16:21 (UTC +04:00)
Bu gün 24 oktyabr tarixində “Azəryol” voleybol klubunun idman bazasında jurnalistlərin mükafatlandırma mərasimi keçirildi.
“Azəryol” voleybol klubunun idman bazasında media nümayəndələri mükafatlandırıldı (FOTO)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün 24 oktyabr tarixində "Azəryol" voleybol klubunun idman bazasında jurnalistlərin mükafatlandırma mərasimi keçirildi.

"Azəryol" voleybol klubunun mətbuat xidmətinin rəhbəri Şəfəq Heydərova Trend-ə bildiriblər ki, "Azəryol" komandasının 2014-2015 mövsümünün açılış mərasimi ilə bağlı internet saytları, televiziyalar və qəzetlərdə geniş və ətraflı məqalələr yazıldı.

20-yə yaxın saytda, 7 televiziya kanalında və 10-a yaxın qəzetdə yazılan yazılar arasında ən maraqlı və geniş yazılan 3 yazı seçildi.

Öncədən deyildiyi kimi I yerin sahibinə "Planşet", komandanın aksesuarları və klubun oyunçularının imzası olan voleybol topu təqdim etdildi. II yerə "Azəryol" klubunun maykası, oyunçuların imzası olan top və klub aksesuarları verildi. III yerin sahibinə isə oyunçuların imzası olan top, klub aksesuarları və idman forması təqdim olundu.

I yerin sahibi sırf idman saytı olmasada, açılış mərasimini geniş işıqlandıran "Trend.az" saytı oldu. II yerin sahibi "Lent.az", III yerin sahibi isə idman saytı olan və hər zaman maraqlı voleybol xəbərləri yazan "Sportnet.az" saytı oldu.

Qeyd edək ki, bu ənənə "Azəryol" klubu tərəfindən davam etdiriləcəkdir. "Azəryol" voleybol klubunun 2014-2015 mövsümü üçün təqdimat mərasimində yaxından iştirak edən bütün media nümayəndələrinə "Azəryol" klubunun rəhbərliyi öz minnəttarlığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti