...

UEFA Serbiyanın 3 xalını sildi

İdman Materials 24 Oktyabr 2014 17:34 (UTC +04:00)
UEFA Avro-2016-nın seçmə mərhələsi çərçivəsində yarımçıq qalan Serbiya-Albaniya oyunu ilə bağlı qərar qəbul edib.
UEFA Serbiyanın 3 xalını sildi

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

UEFA Avro-2016-nın seçmə mərhələsi çərçivəsində yarımçıq qalan Serbiya-Albaniya oyunu ilə bağlı qərar qəbul edib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, bu görüşün nəticəsi üzrə Albaniyaya texniki məğlubiyyət (0:3) verilib və hər iki ölkə federasiyası 100 min avro cərimələnib. Bundan başqa, Serbiyanın qrupdakı 3 xalı silinib və komanda qarşıdakı iki oyunu azarkeşsiz keçirəcək.

Xatırladaq ki, ötən çərşənbə axşamı keçirilmiş oyunun birinci hissəsində siyasi bannerin bağlanıldığı uzaqdan idarə edilən pilotsuz aparat meydançaya buraxılmışdı. Bannerin üzərində Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağı təsvir olunmuşdu. Serbiyalı futbolçu Stefan Mitroviç banneri tutaraq yerə saldıqdan sonra iki komandanın oyunçuları və nümayəndələri arasında dava düşmüşdü. Oyunun hakimi isə oyunu yarımçıq dayandırmışdı. Bunadək matçda hesab açılmamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti