...

Suares "Real"a qarşı oynayacaq

İdman Materials 25 Oktyabr 2014 12:52 (UTC +04:00)
İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Luis Enrike bu gün ölkə çempionatı çərçivəsində səfərdə Madrid "Real"ına qarşı keçirəcəkləri oyunla bağlı planlarını açıqlayıb.
Suares "Real"a qarşı oynayacaq

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Luis Enrike bu gün ölkə çempionatı çərçivəsində səfərdə Madrid "Real"ına qarşı keçirəcəkləri oyunla bağlı planlarını açıqlayıb.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, L.Enrike "Real"la görüşə çempionatın digər oyunlarında olduğu kimi, eyni planla çıxacaqlarını deyib. Onun sözlərinə görə, "Barselona" ilk dəqiqələrdən oyuna daxil olmağa və meydançanın rəqibə aid hissəsində topa nəzarət etməyə çalışacaq.

Baş məşqçi Luis Suaresin meydançada müəyyən vaxt ərzində oynayacağını qeyd edib: "Bunun neçə dəqiqə ola biləcəyini deyə bilmərəm. Hazırda onun üçün əsas olan komandaya alışmaq və oyun praktikası qazanmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti