...

Premyer Liqanın baş məşqçisi cəzalandırıldı

İdman Materials 28 Oktyabr 2014 13:24 (UTC +04:00)
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Premyer Liqanın baş məşqçisi  cəzalandırıldı

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend-in PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Azərbaycan kubokunun 1/16 final mərhələsində və Premyer Liqanın 9-cu turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

Azərbaycan kubokunun 1/16 final mərhələsinin MOİK - "Lokomotiv" matçında MOİK klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/16 final mərhələsinin "Qaradağ Lökbatan" - "Zirə" matçının 55-ci dəqiqəsində "Zirə" klubunun futbolçusu Tural Adıgözəlov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının IX turunun AZAL - "Bakı" matçının 77-ci dəqiqəsində "Bakı" klubunun futbolçusu Vüqar Bəybalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub

Azərbaycan Premyer Liqasının IX turunun "Qəbələ" - "Sumqayıt" matçından sonra keçirilən mətbuat konfransında "Sumqayıt" klubunun baş məşqçisi Aqil Məmmədov hakimlərin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətdiyinə görə, klub 2000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının IX turunun "Neftçi" - "İnter" matçının 61-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti