...

"Neftçi"lər Bakıda fontan vurdu

İdman Materials 29 Oktyabr 2014 16:29 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçirilir.
"Neftçi"lər Bakıda fontan vurdu

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçirilir.

Trend-in məlumatına görə, Naxçıvanda "Araz Naxçıvan" klubu öz meydanında "Qəbələ"ni qəbul edib. Pavol Farkaşın matçın 21-ci dəqiqəsində vurduğu qol Qəbələ təmsilçisinə minimal hesablı qələbə qazandırıb. Paytaxt derbisində isə "Bakı" və "Neftçi" komandaları üz-üzə gəlib. Oyun "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Ötən turda "Qarabağ"a 2:3 hesabı ilə uduzan "Xəzər Lənkəran" klubu səfərdə "Sumqayıt"ın qonağı olacaq. AZAL klubu isə evdə "Simurq"la qarşılaşacaq.

Turun mərkəzi qarşılaşması "İnter Arena"da keçiriləcək. Burada "İnter" klubu Premyer Liqanın lideri "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə liderliyini bir qədər də möhkəmləndirəcək. Oyun saat 18:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti