...

Cerrard - "Liverpul" qarşıdurması

İdman Materials 31 Oktyabr 2014 19:10 (UTC +04:00)
İngiltərəli futbolçu Stiven Cerrard "Liverpul" klubunun rəhbərliyini komandanı tərk etməklə hədələyib.
Cerrard - "Liverpul" qarşıdurması

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

İngiltərəli futbolçu Stiven Cerrard "Liverpul" klubunun rəhbərliyini komandanı tərk etməklə hədələyib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata əsasən, S.Cerrard bildirib ki, rəhbərlik ona yeni müqavilə təklif etməsə klubu tərk edəcək: "Mən yalnız cari mövsüm haqqında danışa bilərəm, çünki müqaviləm mayadək qüvvədədir. Yalnız onu deyə bilərəm ki, mövsümün sonunadək "Liverpul"dayam".

Karyerasını bitirmək fikrində olmayan "Liverpul"un kapitanı bundan sonra hansı klubda oynayacağını dəqiqləşdirməyib: "Hər şey "Liverpul"dan asılıdır. Mənə müqavilə təklif etməsələr, digər komandada iş axtaracağam".

Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi "Liverpul"un yetirməsidir və karyerası boyunca bu klubda top qovub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti