...

Malta millisinin baş məşqçisi Azərbaycana məğlubiyyətdən danışdı

İdman Materials 28 Mart 2015 23:38 (UTC +04:00)
Futbol riyaziyyat deyil. Bəzən qələbə qazanır, bəzən isə uduzursan. Ancaq biz qətiyyən bu məğlubiyyətə layiq deyildik.
Malta millisinin baş məşqçisi Azərbaycana məğlubiyyətdən danışdı

Azərbaycan, Bakı, 28 mart /Trend/

"Futbol riyaziyyat deyil. Bəzən qələbə qazanır, bəzən isə uduzursan. Ancaq biz qətiyyən bu məğlubiyyətə layiq deyildik".

Trend-in məlumatına görə, bu sözləri Malta millisinin baş məşqçisi Pietro Gedin yığmamızla oyundan (0:2) sonra keçirdiyi mətbuat konfransında deyib.

Komandasının zəif çıxış etdiyini bildirən italiyalı mütəxəssis yığmamız haqda xoş sözlər söyləyib:

"İlk hissədə oyunçularımız heç yaxşı oynamadı. Boşluqlarımız çox idi. İkinci hissədə başqa oyun sxemindən istifadə etdik. Bununla da oyunumuzu tapdıq. Rəqibin hər iki cinahı yaxşı oynayırdı. Ancaq bizdə bu sarıdan problemlər oldu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti