...

BMT Təhlükəsizlik Şurası Qəzzadakı vəziyyət üzrə fövqəladə iclasa başlayır

Siyasət Materials 28 İyul 2014 07:57 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurası yaxın saatlarda Yaxın Şərq üzrə fövqəladə iclasa başlayacaq.
BMT Təhlükəsizlik Şurası Qəzzadakı vəziyyət üzrə fövqəladə iclasa başlayır

Azərbaycan, Bakı, 28 iyul /Trend/

BMT Təhlükəsizlik Şurası yaxın saatlarda Yaxın Şərq üzrə fövqəladə iclasa başlayacaq. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Şuranın sədri, Ruandanın daimi nümayəndəsi Rişar Həsən bildirib.

Onun sözlərinə görə, BMT TŞ-nin açıq görüşü yerli vaxtla gecə yarısında baş tutacaq.

İclasın gündəliyinə Fələstin məsələsi daxil olmaqla Yaxın Şərqdəki vəziyyət çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti