...

Əhmədinejad Türkmənistana yollanıb

Araşdırma Materials 21 Mart 2013 13:42 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad bu gün səhər saatlarında Aşqabada rəsmi səfərə yollanıb. Bu barədə Trend cümə axşamı Press TV-yə istinadən məlumat verir.
Əhmədinejad Türkmənistana yollanıb

Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir A.Bədəlova/

İran Prezidenti Mahmud Əhmədinejad bu gün səhər saatlarında Aşqabada rəsmi səfərə yollanıb. Bu barədə Trend cümə axşamı Press TV-yə istinadən məlumat verir.

Əhmədinejadın Aşqabada birgünlük səfəri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun sülh və humanizm mövzularına həsr olunacaq beynəlxalq "Novruz" festivalında iştirak etməklə bağlı dəvəti əsasında baş tutacaq.

Əhmədinejad səfər zamanı Aşqabaddakı tədbirdə iştirak edəcək regional və qonşu ölkələrin liderləri ilə görüşlər keçirmək niyyətindədir.

İran Prezidentinin başçılıq etdiyi nümayəndə heyətinə ölkənin xarici işlər naziri Əli Əkbər Salehi, Prezidentin müşaviri, eyni zamanda, Qoşulmama Hərəkatının rəhbəri İsfəndiyar Rəhim Məşai və vitse-prezident Həmid Bəqayi daxildir.

Aşqabadda keçiriləcək festivalda İran, Əfqanıstan, Pakistan və Tacikistan daxil olmaqla, 10 ölkənin liderləri və yüksəkvəzifəli nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti