...

Sergey Markov: Azərbaycan və Rusiyanın turizmin inkişafı sahəsində geniş imkanları var

Nəzər nöqtəsi Materials 18 Aprel 2016 12:04 (UTC +04:00)
Xüsusilə Aİ-nin sanksiyaları fonunda Azərbaycan və Rusiyanın turizmin inkişafı sahəsində geniş imkanları var.
Sergey Markov: Azərbaycan və Rusiyanın turizmin inkişafı sahəsində geniş imkanları var

Bakı. Anaxanım Hidayətova - Trend:

Xüsusilə Aİ-nin sanksiyaları fonunda Azərbaycan və Rusiyanın turizmin inkişafı sahəsində geniş imkanları var.

Trend-in məlumatına görə, bunu Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov jurnalistlərə deyib.

Onun sözlərinə görə, bəzi səbəblərə görə rusiyalı turistlər Avropaya, Misirə və Türkiyəyə getmirlər və buna görə də Azərbaycan kurortları rusiyalı turistlər üçün çox cəlbedici ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti