...

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna həsr olunmuş müzakirələr "Baku Network"da (VİDEO)

Nəzər nöqtəsi Materials 22 Aprel 2016 12:51 (UTC +04:00)
Müzakirələrdə bildirilib ki, bu hadisələr zamanı Ermənistan həm döyüş meydanında, həm də diplomatik meydanda təkləndi. Elə bir nüfuzlu təşkilat qalmadı ki, birmənalı şəkildə Ermənistanın hərəkətini pisləməsin.
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna həsr olunmuş müzakirələr "Baku Network"da (VİDEO)

Bakı. Elçin Mehdiyev - Trend:

"Baku Network" ekspert qrupu aprelin əvvəlində cəbhə xəttindəki hadisələrdən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış yeni siyasi vəziyyətə və aprelin 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna həsr olunmuş növbəti müzakirələr keçirib.

Trend-in məlumatına görə, müzakirələrdə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov, Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, "Düşüncə" İctimai Birliyinin sədri Emil Hüseynli, siyasi ekspert Sahil İsgəndərov iştirak ediblər.

Müzakirələrdə bildirilib ki, bu hadisələr zamanı Ermənistan həm döyüş meydanında, həm də diplomatik meydanda təkləndi. Elə bir nüfuzlu təşkilat qalmadı ki, birmənalı şəkildə Ermənistanın hərəkətini pisləməsin.

Qeyd olunub ki, Azərbaycan dünyaya ciddi və qüdrətli dövlət olduğunu bir daha bəyan etdi. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusu haqqında yaradılan süni mifi dağıtdı. Nəhayət, beynəlxalq təşkilatlar və dünya dövlətləri də münaqişənin həll edilməsinin vacibliyini anladı. Artıq bundan sonra status-kvonun davam etdirilməsi mümkün görünmür. Azərbaycanın aprelin əvvəlində cəbhə xəttində əldə etdiyi uğurlardan sonra Bakıda bu cür böyük forumun keçirilməsi böyük bir hadisədir.

Bildirilib ki, cəbhə xəttində baş verən hadisələrdə Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə dəstəklənməsəydi, bu tədbirin keçirilməsi şübhə altında ola bilərdi. Bu da Azərbaycanın bir uğurudur və cəbhə xəttində baş verən hadisələrdən sonra bir sıra dövlət və hökumət başçılarının, nüfuzli ictimai-siyasi xadimlərin Bakıda mötəbər tədbirdə iştirak edəcəyi bir daha onu sübut edir ki, Azərbaycanın tutduğu mövqe, Prezident İlham Əliyevin yürütdüyü siyasət çox uğurludur.

Qeyd olunub ki, Azərbaycan bu cür beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Bu, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir. Avropada deyirlər ki, multikulturalizm iflasa uğrayıb, amma Azərbaycan dünyaya multikulturalizmin yaşamasının ən bariz nümunəsini göstərdi.

Qeyd edək ki, 25-27 aprel 2016-cı il tarixində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Tədbirdə bir sıra ölkələrin dövlət başçıları, nazirləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

http://bakunetwork.com

Bizi Facebook -dan, Twitter -dən və Youtube -dan izləyin

Məqalədə:
Xəbər lenti

Xəbər lenti