...

"Baku Network" BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyətindən danışdı (VİDEO)

Nəzər nöqtəsi Materials 28 Aprel 2016 14:41 (UTC +04:00)
"Baku Network" ekspert qrupu aprelin 25-27-də Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna həsr olunmuş növbəti müzakirələr keçirib.
"Baku Network" BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyətindən danışdı (VİDEO)

Bakı. Trend:

"Baku Network" ekspert qrupu aprelin 25-27-də Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna həsr olunmuş növbəti müzakirələr keçirib.

Trend-in məlumatına görə, müzakirələrdə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov, Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Milli Məclisin deputatı Aydın Hüseynov, siyasi ekspert Vüsal Məmmədov iştirak ediblər.

Müzakirələrdə bildirilib ki, Bakıda belə böyük bir forumun keçirilməsi Azərbaycanın siyasi nüfuzunun və iqtisadi potensialının göstəricisidir. Qeyd edilib ki, forumun indiki vəziyyətdə Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük siyasi dividentdir.

Müzakirələrdə eyni zamanda nəzərə çatdırılıb ki, bu tədbirin Azərbaycanda keçirilməsi sübut etdi ki, ölkəmiz demokratik prinsiplərə söykənən, sivil, mültikulturalizmin ən böyük inkişaf etdiyi, tolerantlığın mövcud olduğu bir məkandır.

Qeyd olunub ki, forumda dövlət və hökumət başçılarının, nazirlərin, dünyanın nüfuzlu ictimai-siyasi xadimlərinin iştirak etməsi tədbirin əhəmiyyətini daha da artırırdı. Bildirilib ki, artıq Azərbaycan bu cür forumlara ev sahibliyi etməklə dünyada etibarlı tərəfdaş imici formalaşdırıb.

Vurğulanıb ki, qlobal dünyada baş verən hadisələrin məhz Azərbaycanda baş tutan platformada müzakirə edilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırmış oldu. Azərbaycan bu gün dünyaya sülh çağırışı edən bir ölkədir və bütün dünyaya bunu göstərir.

Bildirilib ki, Bakı forumunun dünyanın ictimai-siyasi gündəliyində vacib bir yeri var. Azərbaycan dünya üçün çox vacib ideyaların yarandığı bir məkana çevrilib.

http://bakunetwork.com

Bizi Facebook -dan, Twitter -dən və Youtube -dan izləyin

Məqalədə:
Xəbər lenti

Xəbər lenti