...

Siyasi ekspert: Azərbaycan dünya üçün çox vacib ideyaların yarandığı məkana çevrilib (VİDEO)

Nəzər nöqtəsi Materials 30 Aprel 2016 14:33 (UTC +04:00)
Bakıda keçirilən bu forumun dünyanın ictimai-siyasi gündəmində çox vacib bir yeri var.
Siyasi ekspert: Azərbaycan dünya üçün çox vacib ideyaların yarandığı məkana çevrilib (VİDEO)

Bakı. Trend:

Bakıda keçirilən bu forumun dünyanın ictimai-siyasi gündəmində çox vacib bir yeri var. Trend-in məlumatına görə, bunu siyasi ekspert Vüsal Məmmədov "Baku Network" ekspert qrupunun aprelin 25-27-də Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna həsr olunmuş müzakirələrində deyib.

V.Məmmədov bildirib ki, Azərbaycan dünya üçün çox vacib ideyaların yarandığı bir məkana çevrilib: "Dünyanın bugünkü siyasi gündəmində dialoqa çağıran ideyalar, konsepsiyalar azdır. Bütün böyük dövlətlərin istər xarici siyasət, istərsə də müdafiə konsepsiyalarına baxanda görürük ki, onlar daha çox qarşıdurma əsasında, başqa sivilizasiyalarla, başqa dinlərlə ziddiyətə getməyin əsasında qurulub. Yəni dünyanın siyasi ideologiyasında barış mesajları demək olar ki, yoxdur".

O, əlavə edib ki, Azərbaycan özü kiçik bir ölkə olmasına baxmayaraq, çox böyük bir missyanı öz üzərinə götürüb və dünyaya sülh, barışıq, multikulturalizm, tolerantlıq mesajları verir: "Avropa özü bu ideyalardan imtina etdiyi halda, Azərbaycan bu ideyaları dünyaya təqdim edir. Niyə məhz Azərbaycan?! Çünki Azərbaycanın buna haqqı çatır. Həm tarixi proseslər elə cərəyan edib, həm də coğrafi və ictimai-siyasi vəziyyətimiz elədir ki, bu ideyaları dünyaya vermək missiyası Azərbaycanın üzərinə düşür".

".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti