...

Rəşad Mahmudov: Cəbhə bölgəsində yerləşməsinə baxmayaraq, Füzulidə əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilir

Nəzər nöqtəsi Materials 29 Aprel 2016 17:46 (UTC +04:00)
Cəbhə xəttində yerləşən Fizuli rayonunun Diaqnostika Mərkəzində 8 nəfərdə ürək əməliyyat aparılıb. Onlardan 6-ı uşaqdır.
Rəşad Mahmudov: Cəbhə bölgəsində yerləşməsinə baxmayaraq, Füzulidə əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilir

Bakı. Trend:

Cəbhə xəttində yerləşən Fizuli rayonunun Diaqnostika Mərkəzində 8 nəfərdə ürək əməliyyatı aparılıb. Onlardan 6-ı uşaqdır.

Trend-in məlumatına görə, Azərbaycan Səhiyyə Nazirliyinin xətti ilə təşkil olunan tədbirlər çərçivəsində Respublika Diaqnostika Mərkəzinin invaziv kardiologiya və ürək-damar xəstəlikləri şöbəsinin tanınmış mütəxəssisləri millət vəkili, ürək-damar cərrahı, Tibb üzrə Elmlər Doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Dr. Rəşad Mahmudov və nümayəndə heyəti cəbhəyanı bölgəyə yola düşüb. Mütəxəssislər 4 gün ərzində "Uşaqların ürəyi Qarabağda döyünür" şüarı altında 1-10 yaşlı uşaqlarda təmənnasız anadangəlmə ürək qüsurları əməliyyatları icra edirlər.

Rayona 35 nəfərlik həkim briqadasının getdiyi bildirilir.

Son günlərdə cəbhə xəttində yaranan gərginliklərdən əziyyət çəkmiş Füzuli rayon sakinləri üçün bu addım böyük əhəmiyyət kəsb edir. Respublika Diaqnostika Mərkəzinin bu çətin günlərdə böyük mərdliklə sinə gərmiş soydaşlarımızın, onların övladlarının sağlamlıq problemlərinin aradan qaldırılması üçün cəhdləri rayon ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Həyata keçirilən fəalyyətlə bağlı R. Mahmudov Trend-ə bildirib ki, məqsəd cəbhə bölgəsində yerləşməsinə baxmayaraq, Füzuli rayonunda əhaliyə ən yüksək standartlarla və peşəkar səviyyədə tibbi xidmətin göstərilməsidir: "Biz bunu dünyaya mesaj olaraq bildirmək istəyirik. Azərbaycan dövləti hər zaman xalqına qayğı göstərir və bu bütün sahələrdə həyata keçirilir. Dövlətimizin bölgələrimizə olan diqqət və qayğının nəticəsi olan bu layihə, habelə, gələcəyimiz, sabahımız olan körpələrin öz sağlamlıqlarına qovuşması baxımından böyük əhəmiyyət kəsb edən əməliyyatlar zamanı Müalicəvi Diaqnostika Mərkəzinə məxsus ən son texnoloji aparat və avadanlıqlardan istifadə ediləcək".

Qeyd edək ki, bölgədə "Uşaq ürəkləri Qarabağda döyünür" adlı konfrans keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti