...

Bakı dünya paytaxtları ilə bir sırada durdu

Nəzər nöqtəsi Materials 2 May 2016 14:16 (UTC +04:00)
Bakı Marafonu 2016-nın yüksək səviyyədə keçirilməsi bir daha sübut etdi ki, Bakı dünyanın aparıcı idman paytaxtları sırasına daxil olub.
Bakı dünya paytaxtları ilə bir sırada durdu

Bakı. Ənvər Məmmədov - Trend:

Bakı Marafonu 2016-nın yüksək səviyyədə keçirilməsi bir daha sübut etdi ki, Bakı dünyanın aparıcı idman paytaxtları sırasına daxil olub. Bunu Trend-ə "Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

Onun sözlərinə görə, Bakıda Paris, London, Nyu-York, Boston, Roma, Berlin kimi şəhərlərdə keçirilən tədbirlərə bənzər tədbirlərin təşkil edilməsi göstərdi ki, Bakı bu şəhərlər ilə bir sırada durub: "Bundan əlavə, bu həm xarici, həm də daxili müsbət nəticələrini verəcək".

E.Ələsgərov qeyd edib ki, Bakı Marafonu 2016 idmanın populyarlaşdırılması baxımından Azərbaycan üçün çox mühüm tədbirdir: "Belə yarışın keçirilməsi ölkədə idmanın kütləviliyini inkişaf etdirir. Bundan başqa, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın marafonda iştirak etməsi təkcə Azərbaycan rəhbərliyinin idmanın inkişafına diqqətinin göstəricisi deyil, həm də sağlam həyat tərzi keçirmək üçün gənclərimizə yaxşı çağırışdır".

O əlavə edib ki, bir çox xarici vətəndaş marafonda iştirak edib: "Bu, nəinki ölkənin idman imicinin artdığını göstərir, həm də multikulturalizmin layiqli örnəyidir".

E.Ələsgərovun sözlərinə görə, son illər Bakı dəfələrlə iri beynəlxalq yarışlar keçirib və bu il ölkənin paytaxtı növbəti dəfə əhəmiyyətli idman tədbirləri keçirəcək ki, bu da Azərbaycanı dünyada tanıtmağa imkan verir.

O diqqətə çatdırıb ki, bu cür idman tədbirlərinin keçirilməsi təkcə Bakının dünyanın idman paytaxtları sırasına daxil olduğunu göstərmir, həm də Azərbaycanda yaradılmış yüksək səviyyəli təhlükəsizliyin gözəl örnəyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti