...

FIDE: Bakı Şahmat Olimpiadasında iştirak üçün rekord sayda ölkə qeydiyyatdan keçib (ƏLAVƏ OLUNUB)

Nəzər nöqtəsi Materials 24 May 2016 18:37 (UTC +04:00)
Bakı Ümumdünya Şahmat Olimpiadasını keçirməyə tam hazırdır.
FIDE: Bakı Şahmat Olimpiadasında iştirak üçün rekord sayda ölkə qeydiyyatdan keçib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:45-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Bakı Ümumdünya Şahmat Olimpiadasını keçirməyə tam hazırdır. Trend-in məlumatına görə, bunu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına 100 gün qalması ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Bakıda FIDE-nin Prezident Şurasının nümayəndələri olublar və onlar belə qənaətə gəliblər ki, Bakı artıq indidən olimpiadaya tam hazırdır.

K.İlyumjinov qeyd edib ki, artıq indidən söyləmək olar ki, Bakıda keçiriləcək olimpiada Ümumdünya Şahmat Olimpiadaları tarixinə düşəcək.

FIDE prezidenti əlavə edib ki, Bakı Şahmat Olimpiadasında iştirak etmək üçün rekord sayda ölkə qeydiyyatdan keçib: "Bu günədək 180 ölkə iştirak ərizəsini təqdim edib və ümid edirəm ki, yekunda olimpiadada bütün 187 ölkənin nümayəndələri iştirak edəcəklər. Qeyd etmək istəyirəm ki, Şahmat Olimpiadası ölkə və iştirakçı sayına görə yalnız Yay Olimpiya Oyunlarından geri qalır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti