...

Səfirlik: "ASAN Viza" sistemi ABŞ-dan olan sərmayədarlar və turistlər üçün Azərbaycanın cəlbediciliyini artıracaq

Nəzər nöqtəsi Materials 7 İyun 2016 11:39 (UTC +04:00)
ABŞ əcnəbilərin elektron viza almaları üçün Azərbaycanda "ASAN Viza" sisteminin tətbiqini alqışlayır.
Səfirlik: "ASAN Viza" sistemi ABŞ-dan olan sərmayədarlar və turistlər üçün Azərbaycanın cəlbediciliyini artıracaq

Bakı. Anaxanım Hidayətova - Trend:

ABŞ əcnəbilərin elektron viza almaları üçün Azərbaycanda "ASAN Viza" sisteminin tətbiqini alqışlayır. Bunu Trend-ə ABŞ-ın Bakıdakı səfirliyindən deyiblər.

Səfirlik hesab edir ki, qeyd edilən sahədə şəffaflığın artırılması və dövlət xidmətlərinin göstərilməsinin sadələşdirilməsi həmişə düzgün addımdır: "Biz başa düşürük ki, ABŞ da vətəndaşları sadələşdirilmiş sistem üzrə Azərbaycana gələ biləcək ölkələr siyasına daxil ediləcək".

Diplomatik nümayəndəlikdən bildiriblər ki, bu addım Azərbaycanda turizm biznesinin genişləndirilməsinə xidmət edir və ABŞ-dan olan biznesmenlər, sərmayədarlar və turistlər üçün ölkənin cəlbediciliyini artıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti