...

Deputat: BMT-nin Azərbaycana məsləhət verməyə mənəvi haqqı yoxdur

Nəzər nöqtəsi Materials 22 Sentyabr 2016 17:43 (UTC +04:00)
BMT biabrçı bir təşkilatdır və onun heç bir mənəvi haqqı yoxdur ki, Azərbaycanla bağlı hər hansı bir tövsiyyə və ya məsləhət xarakterli fikir səsləndirsin.
Deputat: BMT-nin Azərbaycana məsləhət verməyə mənəvi haqqı yoxdur

Bakı. Elçin Mehdiyev - Trend:

“BMT biabrçı bir təşkilatdır və onun heç bir mənəvi haqqı yoxdur ki, Azərbaycanla bağlı hər hansı bir tövsiyyə və ya məsləhət xarakterli fikir səsləndirsin”. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun Azərbaycanla bağlı qərəzli hesabatına münasibət bildirərkən deyib.

B.Əliyev bildirib ki, əgər BMT özünün Təhlükəsizlik Şurasının Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarından çıxması ilə bağlı qəbul etdiyi qətnaməsinin yerinə yetirilməsini təmin etmirsə, azərbaycanlıların soyqırımı ilə bağlı qətnamə qəbul etmirsə, Azərbaycanın bir milyondan artıq qaçqın və köçkünü, onların haqları ilə bağlı heç bir qərar qəbul etmirsə, BMT ümumiyyətlə danışmamalıdır: “BMT Azərbaycan xalqı qarşısında həmişə üzr istəməlidir ki, sizin yanınızda üzüqarayıq. Xalq anlamır ki, bu təşkilat nəyə və kimə xidmət edir. Xüsusilə məcburi köçkünlər BMT və digər beynəlxalq təşkilatlara etimadlarını çoxdan itirib və bunu da açıq bəyan edirlər ki, bizim beynəlxalq təşkilatlara inamımız yoxdur, çünki onlarda heç bir ədalət yoxdur, onlar ermənilərin dostudur”.

B.Əliyev əlavə edib ki, istər BMT-nin, istər Venesiya Komissiyasının Azərbaycanda keçiriləcək referenduma bir neçə gün qalmış hansısa fikirlər səsləndirməsi təəccübləndiricidir: “Səsləndirilən fikirlərlə tanış olanda görürük ki, bunlar hamısı qərəzlidir, birtərəflidir və sifarişlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti