...

“Azernews”un baş redaktoru “TRT World” telekanalında Azərbaycandakı referendum haqqında (VİDEO)

Nəzər nöqtəsi Materials 26 Sentyabr 2016 22:18 (UTC +04:00)
“Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova “TRT World” telekanalının efirində Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumu şərh edib.
“Azernews”un baş redaktoru “TRT World” telekanalında Azərbaycandakı referendum haqqında (VİDEO)

Bakı. Trend:

“Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova “TRT World” telekanalının efirində Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumu şərh edib.

S.Mikayılova bildirib: “Azərbaycanda keçirilən referendumda səsvermə artıq başa çatıb və Mərkəzi Seçki Komissiyası bu referendumu baş tutmuş hesab edib”.

O qeyd edib ki, referendumda seçici fəallığı çox yüksək olub, səsvermədə seçicilərin 70 faizdən çoxu iştirak edib.

S.Mikayılovanın sözlərinə görə, referendumda müşahidə olunan yüksək seçici fəallığı Azərbaycan xalqının demokratiya yolu ilə irəliləməsini bir daha bariz göstərir.

Qeyd edək ki, sentyabrın 26-da Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referendumda səsvermə saat 08:00-da başlayıb, saat 19:00-da isə yekunlaşıb.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı təqribən 53 min nəfər olub.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti