...

Bahar Muradova: Seçkili orqanlarda qadınların təmsilçiliyi artır

Nəzər nöqtəsi Materials 28 Sentyabr 2016 11:06 (UTC +04:00)
Azərbaycanda istər yerli, istərsə də milli səviyyədə olan seçkili orqanlarda qadınların təmsilçiliyi getdikcə artır.
Bahar Muradova: Seçkili orqanlarda qadınların təmsilçiliyi artır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda istər yerli, istərsə də milli səviyyədə olan seçkili orqanlarda qadınların təmsilçiliyi getdikcə artır.

Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova "Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yerli qurumlarda qadınların təmsilçiliyi 4 faizdən 30 faizə qədər artıb: “Bu, dövlətin bu istiqamətdə apardığı siyasətin, eləcə də gərgin və fədakar işin, həmçinin bu məsələdə parlamentarilərin verdiyi töhfənin və konkret olaraq bu kampaniyaya ayrılan önəmin nəticəsidir".

MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə qeyd edib ki, qadınların səlahiyyətlərinin genişləndirilməsi istiqamətində Azərbaycanın təcrübəsi çox qiymətlidir: "Azərbaycan bu gün dünyanın cavab verə bilmədiyi suallara cavab vermək iqtidarındadır. Bugünkü müzakirələr də bunu bir daha sübut edir. Nümayəndə heyəti olaraq əlimizdən gələni edirik ki, bu istiqamətdə işlər yüksək səviyyədə təşkil olunsun. Əminəm ki, bu müzakirələr həm Azərbaycan, həm də Avropa Şurasına daxil olan ölkələr üçün əhəmiyyətli və vacib olacaq. Hansı ölkədə ki, qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün səylər göstərilir, deməli, bu dövlətin gələcəyi var, cəmiyyət mədəniyyətə çox meyillidir və millətin yaşamağa haqqı var".

Milli Məclisin deputatı Sahibə Qafarova isə bildirib ki, Avrora Şurası Parlament Assambleyasında "Zorakılıqdan Azad Qadınlar" Parlament Şəbəkəsi fəaliyyət göstərir: "Şəbəkənin məqsədi Avropada və dünyada qadınlara qarşı zorakılıq halları ilə bağlı mübarizə aparmaqdır. Şəbəkənin üzvləri AŞPA-ya üzv və müşahidəçi qismində təmsil olunan dövlətlərin, həmçinin, demokratiya naminə tərəfdaşların təmsilçilərindən ibarətdir. Bu şəbəkəyə də AŞPA-nın Qadınlara zorakılığa qarşı mübarizə üzrə baş məruzəçisi və siyasi koordinator rəhbərlik edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti