...

Siyasi Araşdırmalar İnstitutu: Referendumdan sonra iqtisadi sahədə islahatlar daha da dərinləşəcək

Nəzər nöqtəsi Materials 4 Oktyabr 2016 14:29 (UTC +04:00)
Azərbaycanda referendumdan sonra iqtisadi sahədə islahatların daha da dərinləşəcəyi gözlənilir.
Siyasi Araşdırmalar İnstitutu: Referendumdan sonra iqtisadi sahədə islahatlar daha da dərinləşəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda referendumdan sonra iqtisadi sahədə islahatların daha da dərinləşəcəyi gözlənilir.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun nəticələrinin elan edildiyini xatırladan E.Nəsirov Azərbaycan xalqının Konstitusiyaya edilən 29 dəyişikliyin hər birinə öz müsbət fikrini açıqladığını qeyd edib: “Konstitusiyaya edilən dəyişikliklərlə bağlı ən aşağı səstoplama faizi 83, ən yuxarı isə 92 olub. İndi isə növbəti mərhələ başlayır. Bu mərhələdə Konstitusiyanın 29 maddəsində əksini tapan dəyişikliklər real həyatımızda tətbiqini tapacaq. Yaxın 10 gün ərzində Konstitusiya Məhkəməsinin bu barədə qərarının veriləcəyi gözlənilir”.

E.Nəsirov hesab edir ki, referendumdan sonra islahatlar cox sürətlə həyata keçiriləcək: “Bizim buna tam əminliyimiz var. Bu, cənab Prezidentin təşəbbüsüdür. Xüsusilə iqtisadi sahədə olan islahatlar daha da dərinləşəcək. Təbii ki, idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı islahatlar da ən çox diqqətdə olan məsələlərdəndir. Bu istiqamətdə də cənab Prezidentin sərəncamlarının olacağı gözlənilir”.

Vitse-prezidentlik institutunun Azərbaycanın idarəçilik sistemində yeni bir institut olduğunu deyən E.Nəsirov bu institutun Azərbaycanın idarəedilməsi sisteminə çox ciddi yeniliklər gətirəcəyini də əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti