...

Ziyafət Əsgərov: Ermənistanın "İsgəndər"lə bağlı sevinməyinə heç bir əsas görmürəm

Nəzər nöqtəsi Materials 14 Oktyabr 2016 16:22 (UTC +04:00)
Ermənistan "İsgəndər" raket kompleksi məsələsində çox spekulyasiya edir və guya hərbi sahədə üstünlüklərini göstərmək istəyir.
Ziyafət Əsgərov: Ermənistanın "İsgəndər"lə bağlı sevinməyinə heç bir əsas görmürəm

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan "İsgəndər" raket kompleksi məsələsində çox spekulyasiya edir və guya hərbi sahədə üstünlüklərini göstərmək istəyir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, əvvəlcə "İsgəndər" kompleksinin həqiqətən Ermənistana verildiyini, yoxsa Ermənistandakı Rusiya hərbi bazasına gətirildiyini müəyyənləşdirmək lazımdır: "Ermənilər son vaxtlar bu məsələ ilə bağlı çox spekulyasiya edirlər və guya hərbi sahədə üstünlüklərini göstərmək istəyirlər. Bununla qətiyyən razı deyiləm. Azərbaycan Ordusunda erməniləri yerində oturtmaq üçün kifayət qədər müasir silahlar var. Buna görə narahatlığa heç bir əsas yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti