...

Səfir: ABŞ-ın Qarabağ münaqişəsinın həlli ilə bağlı mövqeyi dəyişməyib

Nəzər nöqtəsi Materials 21 Oktyabr 2016 17:17 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etmək üçün Azərbaycan və Ermənistanla işə sadiq olaraq qalır.
Səfir: ABŞ-ın Qarabağ münaqişəsinın həlli ilə bağlı mövqeyi dəyişməyib

Bakı. Anaxanım Hidayətova - Trend:

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək üçün Azərbaycan və Ermənistanla işə sadiq olaraq qalır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O bildirib: "Həmkarım səfir Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə Azərbaycana səfəri bu məsələnin həllinin axtarışı üçün cari səylərin bir hissəsidir".

R. Sekuta Azərbaycan-Amerika münasibətlərinin hazırki səviyyəsini müsbət qyimətləndirib. Səfir qeyd edib: “Hələ üzərində işləməli çox məsələ var, amma münasibətlərdə inkişaf artıq hiss olunacaq dərəcədədir”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti