...

Nazir: IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri çox maraqlı olacaq

Nəzər nöqtəsi Materials 8 Noyabr 2016 16:31 (UTC +04:00)
Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri Birinci Avropa Oyunlarından və digər layihələrdən zəif olmayacaq.
Nazir: IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri çox maraqlı olacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri Birinci Avropa Oyunlarından və digər layihələrdən zəif olmayacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə Koordinasiya Komissiyasının 4-cü iclasından sonra keçirilən mətbuat konfransında deyib.

A.Rəhimov bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri rəngarəng olacaq:

49 ölkə Bakıda IV İslam Həmrəyliyi Oyunlarında iştirakını təsdiq edib

49 ölkə Bakıda IV İslam Həmrəyliyi Oyunlarında iştirakını təsdiq edib

“Açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda baş tutacaq. İndi açılış və bağlanış mərasimlərinin tam ssenarisini açıqlamaq istəmirik. Ancaq onu deyə bilərəm ki, İslam dünyasının, şərqin tarixi mövzularından bəhs olunacaq. Zəmanət verirəm ki, çox maraqlı olacaq”.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixində Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti