...

Səfir: Rumıniya Aİ ilə Azərbaycan arasında münasibətlərin inkişafını dəstəkləyir

Nəzər nöqtəsi Materials 24 Noyabr 2016 12:01 (UTC +04:00)
Rumıniya Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlərin inkişafını dəstəkləyir.
Səfir: Rumıniya Aİ ilə Azərbaycan arasında münasibətlərin inkişafını dəstəkləyir

Bakı. Anaxanım Hidayətova - Trend:

Rumıniya Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlərin inkişafını dəstəkləyir.

Trend-nın məlumatına görə, bunu Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bir qrup jurnalistlə görüşündə deyib.

Diplomat bildirib ki, ölkəsi Aİ ilə Azərbaycan arasında hərtərəfli və iddialı razılaşmalar üzrə danışıqlara başlayacağına ümid edir. D.Yanku əlavə edib ki, Rumıniya səfirliyi hazırda 2009-cu ildən başlayan NATO əlaqələndirici səfirliyinin 4 -cü dövrünü müvəffəqiyyətlə davam etdirir:

"Bu qisimdə səfirlik NATO-Azərbaycan tərəfdaşlığını güclü təbliğ edib və özünün töhfəsini verib. Bunların sırasında NATO və Azərbaycan arasında siyasi dialoq və əməkdaşlığın gücləndirilməsi, NATO çərçivəsində Azərbaycan haqqında məlumatların təkmilləşdirilməsi, Alyansın cari siyasəti, dəyərləri və standartları haqqında fikirlərin Azərbaycan ictimaiyyətinə çatdırılmasını qeyd etmək olar".

Diplomat Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olduğunu xatırladıb. O, Azərbaycanın ölkəsi üçün əhəmiyyətli tərəfdaş olduğunu da vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti