...

Millət vəkili Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesinə başlamağı təklif edib

Nəzər nöqtəsi Materials 29 Noyabr 2016 16:17 (UTC +04:00)
Azərbaycanın Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesinə başlaması dünyada böyük əks-səda doğura bilər.
Millət vəkili Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesinə başlamağı təklif edib

Bakı. Trend:

Azərbaycanın Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesinə başlaması dünyada böyük əks-səda doğura bilər.

Trend-in məlumatına görə, bunu millət vəkili Asim Mollazadə Milli Məclisin, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Döstəyi Şurasının birgə hazırladığı “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimat mərasimində səsləndirib.

Məsələyə daha real prizmadan yanaşmağı təklif edən deputat Azərbaycanın bu məsələdə gecikdiyini qeyd edib:

“BMT Təhlükəsizlik Şurasının bununla bağlı hansısa addım ata biləcəyinə ümidimiz yoxdur. Amma beynəlxalq məhkəmə cinayətkarları cəzalandıra bilər. Ölkəmiz beynəlxalq hüquqşünasların iştirakı ilə Azərbaycanda belə bir məhkəmə prosesinin keçirilməsinə nail olmalıdır. Hazırda 38 erməni cinayətkar Ermənistanda və Rusiyada yaşayır. Azərbaycan Rusiya ilə imzaladığı sazişə istinad edərək bu cinayətkarların Azərbaycana təhvil verilməsinə nail olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti