...

Mədət Quliyev: Azərbaycanı terror təhdidlərindən qorumaq üçün bütün preventiv addımlar atılır (YENİLƏNİB)

Nəzər nöqtəsi Materials 12 Dekabr 2016 10:54 (UTC +04:00)
Azərbaycanı terror təhdidlərindən qorumaq üçün bütün preventiv addımlar atılır.
Mədət Quliyev: Azərbaycanı terror təhdidlərindən qorumaq üçün bütün preventiv addımlar atılır (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanı terror təhdidlərindən qorumaq üçün bütün preventiv addımlar atılır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

M.Quliyev qeyd edib ki, digər dövlətlərin Azərbaycana qarşı təhdidləri, maraqları var: "Yaxın Şərqdə gedən proseslərin təhdidləri var. Lakin Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hüquq-mühafizə orqanları qətiyyətlə bu məsələləri həll edirlər".

DTX tərəfindən bölgələrdə keçirilən əməliyyatlara toxunan M.Quliyev bildirib:

“Qısa zamanda cinayətkarların, casusların məhv edilməsi üzrə əməliyyatlar keçirilib. Əməkdaşlarımız onları saxlayan zaman silahlı müqavimətlə rastlaşdılar, lakin bunun qarşısını qətiyyətlə aldılar. Ümumiyyətlə, Azərbaycan xüsusi xidmət orqanları bu istiqamətdə tək işləmirlər, digər dövlətlərin xüsusi xidmət orqanları ilə birgə çalışırıq, məlumat mübadiləsi edirik".

General-leytenant vurğulayıb ki, Azərbaycanı terror təhdidlərindən qorumaq üçün bütün preventiv addımlar atılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti