...

Deputat: Azərbaycan ərazisi digər dövlətlər əleyhinə istifadə olunmaq üçün meydan deyil

Nəzər nöqtəsi Materials 22 Dekabr 2016 15:16 (UTC +04:00)
Azərbaycan-İsrail münasibətlərinin inkişafından İranın narahat olması tamamilə yersiz və əsassızdır.
Deputat: Azərbaycan ərazisi digər dövlətlər əleyhinə istifadə olunmaq üçün meydan deyil

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan-İsrail münasibətlərinin inkişafından İranın narahat olması tamamilə yersiz və əsassızdır.

Bunu Trend-ə millət vəkili, Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.

Deputat qeyd edib ki, Azərbaycan və İsrail arasında münasibətlər qətiyyən üçüncü dövlətə və ya dövlətlər qrupuna qarşı yönəlməyib:

"Bizim ərazimiz digər dövlətlər, xüsusən qonşu İran əleyhinə meydan deyil. Azərbaycan sözü və işi bir olan, ləyaqətli siyasət yürüdən dövlətdir. Azərbaycan İranla imzaladığı ikitərəfli müqavilələrə ciddi surətdə riayət edir. Azərbaycan qarşıdurma yaradan, münasibətləri kəskinləşdirən ölkə deyil. Bəzilərinə xas olan "bir dam altında iki hava" siyasəti yürütmək Azərbaycana yaddır".

M.Qasımlı bildirib ki, Azərbaycan-İsrail münasibətlərinin inkişafından digər müsəlman ölkələrinin də narahat olmasına lüzum yoxdur: "Ən azı ona görə ki, Fələstin məsələsinə və Fələstinin Bakıdakı səfirliyinin açılmasına Azərbaycanın münasibəti və göstərdiyi qayğı bəllidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti