...

Mikayıl Cabbarov: Qəbul imtahanının bu qədər dəyərli olması cəmiyyətimizin öz sifarişidir

Nəzər nöqtəsi Materials 27 Dekabr 2016 15:08 (UTC +04:00)
Qəbul imtahanının dəyərinin bu qədər dəyərli edilməsi bizim cəmiyyətimizin öz qərarı olub.
Mikayıl Cabbarov: Qəbul imtahanının bu qədər dəyərli olması cəmiyyətimizin öz sifarişidir

Bakı. İlhamə İsabalayeva - Trend:

Qəbul imtahanının bu qədər dəyərli edilməsi cəmiyyətimizin öz qərarı olub.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib:

“Bu gün Azərbaycanda qəbul imtahanı elə bir fomada həyata keçirilir ki, orada qalib gələnlər, yəni tələbə adını qazananlar bir çox şeylər əldə edir. Tələbə adını qazanmayanlar isə imkanlarını reallaşdıra bilmirlər”.

Nazirin sözlərinə görə, bir çox dövlətlərdə qəbul imtahanı ümumiyyətlə mövcud deyil:

"Bir çox dövlətlərdə ali təhsil almaq istəyənlər üçün məhdudiyyət yoxdur. İnsanın arzusu və istəyi varsa, öz təhsil haqqını ödəməyə hazırdırsa və onu qəbul etməyə hazır olan ali təhsil müəssisəsi varsa, həmin insan ali təhsilini orada ala bilər. O cəmiyyətdə və o əmək bazarında ki, bilikdən daha çox diploma üstünlük verilir, düşünürəm ki, belə cəmiyyətlərdə həmin o mərkəzi nəzarətin, mərkəzləşdirilmiş qəbul imtahanının olması daha vacibdir. Çünki bu, o deməkdir ki, təhsil sisteminin tərkibində - universitetin daxili qiymətləndirilməsində problemlər mövcuddur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti