...

İranlı nazir: Azərbaycan marşrutu bizim üçün etibarlı və təhlükəsiz istiqamətdir

Nəzər nöqtəsi Materials 17 Yanvar 2017 16:47 (UTC +04:00)
Azərbaycanla İran arasında humanitar sahədə əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial var. Əlillərin reabilitasiyası, protezlərin hazırlanması, sanatoriyalar və digər bu kimi istiqamətlər üzrə əməkdaşlığı genişləndirməyə hazırıq
İranlı nazir: Azərbaycan marşrutu bizim üçün etibarlı və təhlükəsiz istiqamətdir

Bakı. Elçin Mehdiyev – Trend:

“Azərbaycanla İran arasında humanitar sahədə əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial var. Əlillərin reabilitasiyası, protezlərin hazırlanması, sanatoriyalar və digər bu kimi istiqamətlər üzrə əməkdaşlığı genişləndirməyə hazırıq”.

Trend-in məlumatına görə, bunu İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ilə görüşündə deyib.

Nazir bildirib ki, nəqliyyat-yol infrastrukturunun təkmilləşdirilməsi sahəsində də böyük işlər görülür, birgə layihələr reallaşdırılır:

“Azərbaycan marşrutu bizim üçün etibarlı və təhlükəsiz istiqamətdir. Hazırda Rəşt-Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin çəkilməsi üzərində iş gedir. Bu, həm ölkələrimizdə yeni iş yerlərinin açılmasına, həm də insanların bu marşrutlardan faydalanmasına, gəlir əldə etməsinə səbəb olacaq. Eyni zamanda, dənizdə sərnişin və yük daşımaları sahəsində də əməkdaşlıq üçün real imkanlar var”.

Görüşdə ölkələrimiz arasında iqtisadi, humanitar əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti