...

Fransalı yazıçı: Ermənistanda aclıq, yoxsulluq baş alıb gedir

Nəzər nöqtəsi Materials 19 Yanvar 2017 17:40 (UTC +04:00)
Bu gün Ermənistanda aclıq, yoxsulluq baş alıb gedir, insanlar ölkəni tərk edir və oradakı xalq hazırki rejimə qarşı çevrilir.
Fransalı yazıçı: Ermənistanda aclıq, yoxsulluq baş alıb gedir

Bakı. Elçin Mehdiyev - Trend:

“Bu gün Ermənistanda aclıq, yoxsulluq baş alıb gedir, insanlar ölkəni tərk edir və oradakı xalq hazırki rejimə qarşı çevrilir”.

Trend-in məlumatına görə, bunu Fransalı yazıçı Jerar Kardon Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşdə deyib.

Fransalı yazıçı bu gün Azərbaycanda gördüyü inkişafı yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

J.Kardon həmçinin Azərbaycan qadınları haqqında kitab yazmaq arzusundan danışıb. Yazıçı qeyd edib ki, qadınlarla bağlı belə bir layihə onun tərəfindən artıq bir sıra dünya ölkələrində həyata keçirilib:

“Azərbaycan qadınlarına həsr olunmuş əsər iki hissədən ibarət roman şəklində olacaq. Burada qadınların həyatı, ailədə, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması və digər məsələlər öz əksini tapacaq”.

Fransız yazıçısı Jerar Kardon səfərinin sonunda topladığı məlumatlar əsasında bədii əsərlə yanaşı Xocalı faciəsi haqqında da kitab yazacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti