...

Deputat: Azərbaycan Prezidenti əhalinin sosial müdafiəsini daim diqqətdə saxlayır

Nəzər nöqtəsi Materials 21 Yanvar 2017 14:12 (UTC +04:00)
Dünyada baş verən iqtisadi böhrana, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq Prezident İlham Əliyev Azərbaycanda əhalinin sosial müdafiəsini gücləndirmək üçün daim lazımi addımlar atır.
Deputat: Azərbaycan Prezidenti əhalinin sosial müdafiəsini daim diqqətdə saxlayır

Bakı. Elçin Mehdiyev - Trend:

Dünyada baş verən iqtisadi böhrana, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq Prezident İlham Əliyev Azərbaycanda əhalinin sosial müdafiəsini gücləndirmək üçün daim lazımi addımlar atır.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev dövlət başçısının aylıq əməkhaqqının və əmək pensiyalarının sığorta hissəsinin artırılması ilə bağlı sərəncamlarına münasibət bildirərkən deyib.

M.Quliyev bildirib ki, bu sərəncamlar onu göstərir ki, Azərbaycan əhalisinin sosial müdafiəsi ölkənin daxili siyasətinin prioritet istiqamətlərindən biridir və dövlət başçısının daimi diqqətindədir:

"Dünyada iqtisadi böhranın olduğu dövrdə Azərbaycanda minimum əmək haqqının və pensiyaların artırılması təqdirəlayiq haldır və Prezidentin daim öz xalqının qayğısına qalmasının göstəricisidir. Düşünürəm ki, biz gələcəkdə də bu addımların davamını görəcəyik və Azərbaycan vətəndaşları, xüsusilə aztəminatlı insanlar dövlətin qayğısı ilə tam əhatə olunacaq".

M.Quliyev əlavə edib ki, un və un məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi, biznesin inkişafı və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident tərəfindən atılan addımlar imkan verir ki, Azərbaycan vətəndaşları dünyadakı iqtisadi böhranın təsirlərini ciddi şəkildə hiss etməsinlər.

Qeyd edək ki, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının və bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 116 manat müəyyən edilir, bütün növ əmək pensiyalarının sığorta hissəsi isə 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq artırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti