...

Trend Amerika Erməni Milli Komitəsinin əsəblərini niyə pozub?

Nəzər nöqtəsi Materials 6 Fevral 2017 14:21 (UTC +04:00)
Erməni lobbisinin Trend agentliyinə hücumu Amerika Erməni Milli Komitəsinin (AEMK) hər zaman məşğul olduğu növbəti antiazərbaycan isterika aktı deyil, bu həm də onu göstərir ki, təşkilatın liderlərinin əsəbləri pozulur
Trend Amerika Erməni Milli Komitəsinin əsəblərini niyə pozub?

Bakı. Trend:

Elxan Ələsgərov, Baku Network Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru

Erməni lobbisinin Trend İnformasiya Agentliyinə hücumu Amerika Erməni Milli Komitəsinin (AEMK) hər zaman məşğul olduğu növbəti antiazərbaycan isterika aktı deyil, bu həm də onu göstərir ki, təşkilatın liderlərinin əsəbləri pozulur.

Məsələ ondadır ki, Donald Trampın ABŞ prezidenti seçilməsi ilə erməni diasporunun mövqeləri sarsılıb. Amerikanın bədənində parazitlik edən orqanizm olan AEMK strateji səhvə yol verib. ABŞ prezident seçkiləri müddətində Klintonun tərəfində olan erməni təşkilatları Trampın namizədliyinə qarşı kampaniyaya böyük pullar sərf edib.

İndi əsasən daşnakyönümlü millətçi təşkilatlardan ibarət olan erməni diasporu maliyyə iflası ilə qarşı-qarşıya qalıb. Vergi ödəyicilərindən alınaraq Ermənistanın və Qarabağdakı separatçıların maliyyələşdirilməsi üçün nəzərdə tutulan pullar Klintonun dəstəklənməsi üçün xərclənib.

Beləliklə, Trend İnformasiya Agentliyinə qarşı hücumlar zəifliyin, Donald Trampın prezident seçilməsindən çox-çox əvvəl AEMK-nin Azərbaycana qarşı silahı olan kütləvi yalan və dezinformasiya siyasətinin can çəkişməsinin təcəssümüdür.

Qeyd edək ki, AEMK Trend İnformasiya Agentliyinin müəllifinin ABŞ-da erməni diasporunun vəziyyətinin pisləşməsi barədə "Trump puts end to Armenian lobby’s influence on US" adlı məqaləsindəki sözlərini təhrif etməyə çalışıb.

Komitə Twitter-dəki səhifəsində həmin məqalədəki Amerika erməni diasporunun öz sahibinin bədənində parazitlik etməsi barədə sitatı Hitlerin “Mayn Kamf” kitabındakı sitatla müqayisə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti