...

Deputat: Ollandın bu fikri ermənipərəst mövqedən başqa bir şey deyil

Nəzər nöqtəsi Materials 11 Fevral 2017 13:48 (UTC +04:00)
Fransa Perzidenti Fransua Olland artıq aprel ayında prezidentlik kürsüsü ilə vidalaşır. Biz belə halların şahidi olmuşuq ki, vəzifəsi ilə vidalaşan şəxslər daha çox ermənipərəst mövqedən çıxış etməyə başlayırlar. İndi eyni yolu Fransua Olland tutur.
Deputat: Ollandın bu fikri ermənipərəst mövqedən başqa bir şey deyil

Bakı. Elçin Mehdiyev - Trend:

“Fransa Prezidenti Fransua Olland artıq aprel ayında prezidentlik kürsüsü ilə vidalaşır. Biz belə halların şahidi olmuşuq ki, vəzifəsi ilə vidalaşan şəxslər daha çox ermənipərəst mövqedən çıxış etməyə başlayırlar. İndi eyni yolu Fransua Olland tutur”.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov Fransa Prezidenti Fransua Ollandın erməni icması ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirə münasibət bildirərkən deyib.

E.Nəsirov bildirib ki, Fransua Olland ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna uyğun gəlməyən fikir işlədib:

“Həmsədrlik institutu qərəzsiz olmalıdır, obyektiv mövqedən çıxış etməlidir. Lakin görünür Fransa prezidenti erməni icmasının xoşuna gəlmək istəyir ki, prezidentlikdən sonrakı dövrdə bu icmadan müəyyən dəstək ala bilsin. Əks halda, nəyə görə, Olland münaqişənin həlli ilə bağlı yalnız xalqların öz müqəddəratını təyinetmə ilə bağlı prinsipi qabardır?! Yəni bu kökündən düzgün olmayan məsələdir. Ən azı o səbəbdən ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib. İkinci dəfə də erməni xalqı öz müqəddəratını təyin edib növbəti erməni dövləti yaradacaq?! Bu qeyri-mümkündür və Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ən yüksək kürsülərdən bəyan edib ki, münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi ilə həllini tapmalıdır. O ki qaldı xalqların öz müqəddəratını təyin etmə prinsipinə, Azərbaycan beynəlxalq hüququn bu prinsipinə də hörmətlə yanaşır və Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək status verməyə hazırdır. Belə bir vəziyyətdə Fransa dövlət başçısının bu bəyanatını ermənipərəst mövqedən başqa bir şey deyil”.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland erməni diasporu ilə görüşdə bildirib ki, “Madrid prinsipləri” tətbiq olunarkən Dağlıq Qarabağ erməniləri özləri öz müqəddəratını müəyyən etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti