...

Deutsche Welle: Azərbaycanın regionda sabitləşdirici qüvvə kimi təsiri artır

Nəzər nöqtəsi Materials 20 Fevral 2017 11:27 (UTC +04:00)
Azərbaycan regionda sabitləşdirici qüvvə olaraq təsirinin artmasına və rəsmi Moskva ilə dostluq münasibətlərinə baxmayaraq BMT Baş Assambleyasında Ukraynanın suverenliyini dəstəkləyən layihənin lehinə səs verib.
Deutsche Welle: Azərbaycanın regionda sabitləşdirici qüvvə kimi təsiri artır

Bakı. Elmira Tariverdiyeva - Trend:

Azərbaycan regionda sabitləşdirici qüvvə olaraq təsirinin artmasına və rəsmi Moskva ilə dostluq münasibətlərinə baxmayaraq BMT Baş Assambleyasında Ukraynanın suverenliyini dəstəkləyən layihənin lehinə səs verib.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın nüfuzlu "Deutsche Welle" nəşrində Münhendə keçirilən təhlükəsizlik konfransına həsr olunmuş məqalədə bildirilir.

Məqalə müəllifi Prezident İlham Əliyeviin sözlərini sitat gətirərək yazır ki, bütün dövlətlərin ərazi bütövlüyünə hörmət etmək lazımdır və beynəlxalq səviyyədə tanınmış sərhədlər zorakılıqla dəyişdirilə bilməz.

Məqalədə deyilir ki, konfrans zamanı Bakı Ermənistanı Dağlıq Qarabağ bölgəsinin işğalının davam etməsində təqsirləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti