...

Siyavuş Novruzov: Ermənistan ölkə daxilindəki gərginliyi cəbhə xəttinə yönəltməyə çalışır

Nəzər nöqtəsi Materials 27 Fevral 2017 13:33 (UTC +04:00)
“Son günlər ermənilərin cəbhə xəttində törətdiyi təxribatlar Ermənistanın daxilində baş verən hadisələrlə bağlıdır”.
Siyavuş Novruzov: Ermənistan ölkə daxilindəki gərginliyi cəbhə xəttinə yönəltməyə çalışır

Bakı. Elçin Mehdiyev - Trend:

“Son günlər ermənilərin cəbhə xəttində törətdiyi təxribatlar Ermənistanın daxilində baş verən hadisələrlə bağlıdır”.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Ermənistanın daxilində çox böyük gərginlik var:

“Ermənistan rəhbərliyi ölkə daxilində iqtisadi tənəzzüldən, mövcud problemlərdən ictimaiyyətin fikrini yayındırmaq istəyirlər. Ermənistan rəhbərliyi bu gərginliyi keçmişdə olduğu kimi, yenə cəbhə xəttinə yönəltmək istəyir. Bu baxımdan da hərtərəfli şəkildə təxribatlara əl atır və çalışırlar ki, bunu Azərbaycanla əsaslandırsınlar”.

Deputat bildirib ki, ermənilərin bu niyyəti baş tutmayacaq: “Təbii ki, Azərbaycan Ordusu bütün bunların qarşısını alır. Milli Ordumuzun rəhbərliyi və digər rəsmi şəxslər daim hərbçilərimizin yanındadırlar. Ermənilərin heç bir təxribatı baş tutmur. Əksinə, onlar bu təxribatlarla ölkə daxilində vəziyyəti daha da gərginləşdirirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti