...

Ekspert: Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında ən “fəal” münaqişələrdən biridir

Nəzər nöqtəsi Materials 28 Fevral 2017 16:25 (UTC +04:00)
Bugünkü gün Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında ən “fəal” münaqişələrdən biridir
Ekspert: Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında ən “fəal” münaqişələrdən biridir

Bakı. Anaxanım Hidayətova - Trend:

Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında ən “fəal” münaqişələrdən biridir.

Bunu Trend-ə “Yeni Rusiya” hərəkatının rəhbəri Nikita İsayev deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda münaqişənin eskalasiyası təkcə tərəflər üçün yox, bütün region üçün təhlükəlidir.

Ekspert qeyd edib ki, münaqişə gərgin mərhələyə keçərsə bu, regionda Ukrayna və Suriyadan sonra üçüncü qaynar nöqtə ola bilər.

N.İsayevin sözlərinə görə, Rusiya münaqişənin həllinə daha fəal cəlb olunmalıdır: “Rusiya Ermənistan, Azərbaycan və ABŞ-ın iştirakı ilə dördtərəfli danışıqlar formatı yarada bilər. Bundan başqa, Rusiya Türkiyənin də prosesə cəlb olunmasının tərəfdarıdır, amma Ermənistan qətiyyətlə buna qarşı çıxır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti