...

İcraçı direktor: "SmartScoring" fəaliyyət sahəsini genişləndirəcək

Nəzər nöqtəsi Materials 19 Mart 2017 13:20 (UTC +04:00)
Azərbaycan brendi “SmartScoring” gələcəkdə öz profilinə digər idman növlərini də əlavə edəcək.
İcraçı direktor: "SmartScoring" fəaliyyət sahəsini genişləndirəcək

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan brendi “SmartScoring” gələcəkdə öz profilinə digər idman növlərini də əlavə edəcək.

Bunu Trend-ə brendin yaradıcısı “OcaqScoring” şirkətinin icraçı direktoru Emin Muxtarov deyib.

Şirkətin profilinə hakimlik və qiymətləndirmənin hesablanması və xronometraj üçün elektron sistemlərin hazırlanması daxildir. “SmartScoring” sistemi idman gimnastikası üzrə Dünya Kubokunda tətbiq olunub. Bundan əvvəl də bu sistem batut gimnastikası üzrə Dünya Kubokunda tətbiq olunmuşdu.

İcraçı direktor deyib: “Biz mütləq daha da inkişaf edəcəyik, yeni idman növləri əlavə edəcəyik. İndi bizim sıx qrafikimiz var. Biz iyunda keçiriləcək bədii gimnastika üzrə Asiya Çempionatı və iyulda Macarıstanda keçiriləcək Olimpiya festivalı ilə bağlı danışıqlar aparırıq. Sentyabr və oktyabr aylarında aerobika və akrobatika üzrə Avropa çempionatları var”.

E.Muxtarovun sözlərinə görə, gimnastika nəticələrin hesablanması baxımından ən çətin idman növlərindən biridir. Gimnastika ilə oxşarlığı olan fiqurlu konkisürmə, eləcə də sinxron üzgüçülük və idman rəqslərindən başqa qalan idman növləri proqramlaşdırma baxımından daha sadədir.

O qeyd edib ki, “SmartScoring” sistemi yaradılarkən, onun digər sistemlərə bənzəməməsi üçün səy göstərilib. “Qrafik məlumatın təsvir olunması, ümumilikdə bütün sistemin iş prosesi tamamilə bizə məxsusdur. Biz Beynəlxalq Gimnastika Federasiyasının qaydalarına əsaslanırıq”.

E.Muxtarovun sözlərinə görə, Avropa Gimnastika İttifaqının tenxiki nümayəndə heyəti media-menecerlər, eləcə də Rumıniya Gimnastika Federasiyasının nümayəndələri bu şirkətin beynəlxalq yarışlardakı işi ilə tanış olmaq üçün gəliblər.

İçraçı direktor həmçinin əlavə edib: “Biz Rumıniyada keçiriləcək Avropa Çempionatı ilə bağlı texniki və təşkilati məsələləri müzakirə edəcəyik”.

Bundan başqa, o, məlumat verib ki, 2017-ci il yanvarın 1-dən “SmartScoring” UEG-in rəsmi tərəfdaşı olub. Sistemin xidmətləri sırasına videonəzarət keçirmək də daxildir.

Xəbər lenti

Xəbər lenti