...

Toğrul İsmayıl: AŞ PA-nın qərarında əsas məqsəd Türkiyəyə təzyiq göstərməkdir

Nəzər nöqtəsi Materials 26 Aprel 2017 16:51 (UTC +04:00)
AŞ PA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarında əsas məqsəd rəsmi Ankaraya təzyiq göstərməkdir.
Toğrul İsmayıl: AŞ PA-nın qərarında əsas məqsəd Türkiyəyə təzyiq göstərməkdir

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarında əsas məqsəd rəsmi Ankaraya təzyiq göstərməkdir.

Bunu Trend-ə Türkiyənin Texnologiyalar və İqtisadiyyat Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekanı, politoloq Toğrul İsmayıl deyib.

Ekspert qeyd edib ki, 2004-cü ildə əslində Türkiyə bu vəziyyətdən çıxıb, təkrar bu vəziyyətə dönmək isə təbii ki, müsbət hal deyil:

“Fikrimcə, Avropanın bu qərarı ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək”.

T.İsmayıl xatırladıb ki, bu səbəbdən Türkiyə Xarici İşlər Nazirliyi artıq ciddi şəkildə etirazını bildirib və vəziyyətin doğru yöndə qiymətləndirilməsini istəyib:

“Avropadakı bəzi siyasi qrupların əlinə Türkiyədəki çeviriliş cəhdindən sonra bir fürsət düşüb. Onlar bu fürsətdən istifadə edərək Türkiyənin bir sıra terror qruplarına qarşı mübarizə əzmini zəiflətmək istəyirlər”.

Politoloq bildirib ki, Avropa siyasətçiləri Türkiyənin daxili işlərinə müdaxilə etməyə çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti