...

Ukraynalı məşqçi: Azərbaycan Gimnastika Federasiyasının mükəmməl prezidenti var

Nəzər nöqtəsi Materials 27 Aprel 2017 18:16 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasının mükəmməl prezidenti var – ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva
Ukraynalı məşqçi: Azərbaycan Gimnastika Federasiyasının mükəmməl prezidenti var

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Gimnastika Federasiyasının mükəmməl prezidenti var – ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva.

Bunu Trend-ə bədii gimnastika üzrə Ukrayna milli komandasının böyük məşqçisi İrina Deryugina deyib.

Onun sözlərinə görə, Azərbaycanda gimnastika növlərinin inkişafı üçün görülən işlər hər bir ölkəni heyrətləndirə bilər.

İ.Deryugina qeyd edib ki, Bakıdakı Dünya Kubokuna Ukraynadan gənc komanda gəlib: “Bizim tamamilə yeni komandamız var. Əvvəlki Dünya Kubokları uğurla keçib, Bakıda da bu cür nəticəyə ümid edirik”.

Qeyd edək ki, 28-30 aprel tarixlərində Bakı növbəti FIG Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək. Dünyanın bir çox ölkəsindən ən zərif idman növünün nümayəndələri öz məharətlərini nümayiş etdirmək üçün bu dəfə də Milli Gimnastika Arenasına toplaşacaqlar.

Yarışlarda 21 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti