...

ÜAK-ın ləğvi qərarı Moskva-Bakı münasibətlərinə təsir göstərməyəcək

Nəzər nöqtəsi Materials 17 May 2017 13:02 (UTC +04:00)
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinə mühüm təsir göstərməməlidir
ÜAK-ın ləğvi qərarı Moskva-Bakı münasibətlərinə təsir göstərməyəcək

Bakı. Anaxanım Hidayətova - Trend:

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinə mühüm təsir göstərməməlidir.

Bunu Trend-ə beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, təşkilatın bağlanması siyasi deyil, hüquqi müstəvidə dayanan bir məsələ olub:

“Ona görə, hesab etmək olar ki, heç bir maneə olmadan diasporun maraqlarını müdafiə edən digər təşkilat yaradıla bilər”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti