...

Millət vəkili: IV İslam Həmrəyliyi Oyunları ən yeni tariximizin mühüm hadisələrindən birinə çevrildi

Nəzər nöqtəsi Materials 24 May 2017 18:31 (UTC +04:00)
Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilk növbədə ölkəmizin idman həyatında, mədni həyatında mühüm hadisələrdən bir kimi yadda qaldı.
Millət vəkili: IV İslam Həmrəyliyi Oyunları ən yeni tariximizin mühüm hadisələrindən birinə çevrildi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilk növbədə ölkəmizin idman həyatında, mədəni həyatında mühüm hadisələrdən bir kimi yadda qaldı.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, İslam Həmrəyliyi Oyunları ən yeni tariximizin çox mühüm hadisələrindən birinə çevrildi: “Bu hadisə mədəni - iqtisadi sahədən başlamış sosial-siyasi sahəyə qədər, həyatımızın bütün sferalarına nüfuz etdi. Hər bir azərbaycanlının qürur və fəxarətlə yad edəcəyi bir tədbir oldu. Cəmiyyətimizin hər bir fərdinin sosiallaşmasına və cəmiyyətdaxili inteqrasiyanın təmin olunmasına öz töhfələrini verdi. Vətəndaşlarımızın dövlətlə vəhdəti üçün mühüm mənəvi baza yaratdı. Könüllülərdən ibarət böyük gənclər ordusunda özünə inam yaratmaqla onların vətənə xidmət işindən zövq almalarına, özlərini vacib sosial fərd kimi hiss etmələrinə yardım etdi ki, bu da mühüm sosial-psixoloji faktor olmaqla gənclərin gələcək həyatında stimulverici bir hadisə oldu”.

H.Babaoğlu vurğulayıb ki, idmançılarımız özlərini əsl ev sahibi kimi hiss edərək İslamiadada birinciliyi qazandılar: “Qalib olan hər bir idmançı ailəsinin büdcəsində və maddi vəziyyətində mühüm dəyişiklik baş verdi. Fərqlənə bilməyən idmançılarımızda daha əzmlə gələcək yarışlara hazırlaşmaq həvəsi oyatdı. Ölkəmizin turizm həyatının canlanmasına səbəb oldu. Ən mühümü isə bu gün beynəlxalq aləm tərəfindən küncə sıxışdırılmağa çalışılan müsəlman cəmiyyətində yeni və əsaslı inteqrasiya meyilləri yaratdı. Əgər həmrəylik olarsa, İslam svilizasiyasının nə qədər böyük güc olduğunu hamıya bir daha nümayiş etdirdi. Əlbəttə bütün bunlarla bərabər Azərbaycanın sözün əsl mənasında modern bir müsəlman ölkəsi kim yeni standartlar yaratmağı bacaran mühüm əməkdaşlıq və tərəfdaşlıq platforması olmasını önə çıxartdı. Azərbaycanın bir neft ölkəsindən daha çox bir idman, bir mədəniyyət, bir turizm, bir sənaye ölkəsi olduğunu göstərdi”.

Deputat qeyd edib ki, 50-dən çox ölkədə İslam Həmrəyliyi Oyunları yayımlandı və bu ölkəmiz haqqında mühüm informasiya təbliğatı rolunu oynamış oldu: “İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir daha nümunəvi təşkilatçılıq qabiliyyəti nümayiş etdirərək sözün həqiqi mənasında idman oyunlarının, beynəlxalq tədbirlərin keçirilməsində bir Azərbaycan standartı yaratdığnı sübut etdi. Prezident İlham Əliyev cox haqlı olaraq qeyd etdi ki, biz açılış mərasimində İslam dininin mütərəqqiliyini göstərdik. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda, bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Yəni, bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Bu fikirlərdən də göründüyü kimi İslam Həmrəyliyi Oyunları ölkəmizə və İslam dünyasına öz töhfələrini verməklə İslam svilizasiyasının nə qədər böyük bir svilizasiya olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti