...

Ekspert: Qətərlə münasibətlərin kəsilməsi OPEK-in neft bazarını balanslaşdırmaq üzrə səylərinə xələl gətirə bilər

Nəzər nöqtəsi Materials 5 İyun 2017 17:27 (UTC +04:00)
Bir neçə OPEK üzv ölkəsi ilə Qətər arasındakı münasibətlərdə davam edən böhran qısamüddətli perspektivdə təşkilatın neft bazarının balanslaşdırılması üzrə səylərinə xələl gətirə bilər
Ekspert: Qətərlə münasibətlərin kəsilməsi OPEK-in neft bazarını balanslaşdırmaq üzrə səylərinə xələl gətirə bilər

Bakı. Ləman Zeynalova - Trend:

OPEK -in bir neçə ölkəsi ilə Qətər arasındakı böhran qısamüddətli perspektivdə təşkilatın neft bazarının balanslaşdırılması üzrə səylərinə xələl gətirə bilər.

Bunu Trend-ə “Mediterranean Energy Political Risk Consultancy” şirkətinin siyasi risklər və energetika məsələləri üzrə məsləhətçisi Siril Viddershoven deyib.

O qeyd edib ki, indiki bazar şərtlərində OPEK daxilindəki qeyri-stabillik cox ciddi qəbul olunmalıdır. “Silahlı eskalasiyaya gətirib çıxara biləcək istənilən gərginlik Qətərin İranla yaxınlaşmasına səbəb ola bilər. Bu isə müəyyən dövlətlər tərəfindən müsbət qəbul olunmur”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti