...

Ross Braun: Formula 1 yarışlarının formatı dəyişdirilə bilər (FOTO)

Nəzər nöqtəsi Materials 23 İyun 2017 15:54 (UTC +04:00)
Formula 1 yarışlarının formatı dəyişdirilə bilər
Ross Braun: Formula 1 yarışlarının formatı dəyişdirilə bilər (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Formula 1 yarışlarının formatı dəyişdirilə bilər.

Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransında yarışların idman direktoru Ross Braun deyib.

Onun sözlərinə görə, bu addım yarışların populyarlığını artırmaq məqsədilə atıla bilər.

Bundan başqa, R.Braun qeyd edib ki, yarışlarda iştirak edən komandaların sayı artırıla bilər.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Xəbər lenti

Xəbər lenti