...

Azərbaycan "Biofach-2013" sərgisində 5 şirkətlə təmsil olunur

Ekspert Şurası Materials 15 Fevral 2013 12:55 (UTC +04:00)
Fevralın 13-dən Almaniyanın Nürnberq şəhərində “Biofach-2013” sərgisi və tədris turu öz işinə başlayıb. 23-cü dəfədir ki, keçirilən sərgidə dünyanın müxtəlif ölkələrindən 2000-dən çox ziyarətçi və 40 mindən çox ticarət nümayəndələri iştirak edir.
Azərbaycan "Biofach-2013" sərgisində 5 şirkətlə təmsil olunur

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Fevralın 13-dən Almaniyanın Nürnberq şəhərində "Biofach-2013" sərgisi və tədris turu öz işinə başlayıb. 23-cü dəfədir ki, keçirilən sərgidə dünyanın müxtəlif ölkələrindən 2000-dən çox ziyarətçi və 40 mindən çox ticarət nümayəndələri iştirak edir.

Bu il də ölkəmiz İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə bioorqanik məhsulların yetişdirilməsi və istehsalı ilə məşğul olan yerli sahibkarlar üçün yeni tərəfdaşlıq əlaqələrinin yaradılması və əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyəti olan "Biofach-2013" sərgisində iştirak edir və sərgidə 5 şirkətlə təmsil olunur.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 16-dək davam edəcək tədbir çərçivəsində Almaniyada yerləşən təşkilatlara, birliklərə, assosiasiyalara və şirkətlərə səfərlər, həmçinin, Mərkəzi və Şərqi Avropada orqanik sektorun inkişafı, orqanik məhsullar üçün Avropa bazarlarında iştirak kimi ümumi təcrübənin öyrənilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti