...

İranda 6 nəfər qripdən ölüb

Dünya xəbərləri Materials 15 Yanvar 2013 11:23 (UTC +04:00)
İranda qrip virusu ölkənin bir çox əyalətlərində insanların həyatı üçün təhlükə yaradıb. İndiyədək 300-dən çox insanda bu virus aşkarlanıb və qripdən 6 nəfər həlak olub.
İranda 6 nəfər qripdən ölüb

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir T.Cəfərov/

İranda qrip virusu ölkənin bir çox əyalətlərində insanların həyatı üçün təhlükə yaradıb. İndiyədək 300-dən çox insanda bu virus aşkarlanıb və qripdən 6 nəfər həlak olub. Bunu İranın Səhiyyə Nazirliyinin Xəstəliklərin İdarəedilməsi İdarəsinin rəisi Məhəmmədmehdi Quya deyib. Trend-in məlumatına görə, xəbəri İSNA agentliyi yayıb.

Quya əlavə edib ki, hazırda Tehran, Əlborz, Qərbi Azərbaycan, Kürdistan, Mazandaran, Qum, Zəncan və Qəzvin əyalətlərində qripə yoluxma halları geniş yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti