...

İranda mövsümi qripə yoluxma halları artıb

Dünya xəbərləri Materials 25 Yanvar 2013 14:45 (UTC +04:00)
İranda mövsümi qripə yoluxma halları artıb. Trend-in məlumatına görə, bu barədə cümə günü İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd Mehdi Quya ISNA agentliyinə bildirib.
İranda mövsümi qripə yoluxma halları artıb

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbirlər T.Cəfərov, E. Tariverdiyeva/

İranda mövsümi qripə yoluxma halları artıb. Trend-in məlumatına görə, bu barədə cümə günü İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd Mehdi Quya ISNA agentliyinə bildirib.

"Mövsümi qrip əvvəlki kimi fəaldır, bir çox əyalətlərdən yoluxma halları barədə məlumat verirlər" , - o qeyd edib.

Quyanın sözlərinə görə, qrip virusunun geniş yayıldığı əyalətlər Tehran, Gilan, Mazandaran, Kürdüstan və İlamdır.

"Ümumilikdə əhali arasında qripə yoluxma səviyyəsi 5 faizdən çox artıb" , - o vurğulayıb.

Son statistik məlumatlara görə, cari mövsümdə qripdən 9 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti