...

Kiprin Mərkəzi Bankı qızıl ehtiyatlarının satılmasına dair məlumatı təkzib edib

Dünya xəbərləri Materials 11 Aprel 2013 01:59 (UTC +04:00)
Kiprin Mərkəzi Bankı qızıl ehtiyatlarının bir qisminin satılması barədə məlumatı təkzib edib. Bu barədə İTAR-TASS agentliyi Kipr KİV-ə istinadən məlumat verir.
Kiprin Mərkəzi Bankı qızıl ehtiyatlarının satılmasına dair məlumatı təkzib edib

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Kiprin Mərkəzi Bankı qızıl ehtiyatlarının bir qisminin satılması barədə məlumatı təkzib edib. Bu barədə İTAR-TASS agentliyi Kipr KİV-ə istinadən məlumat verir.

Bundan əvvəl KİV-də Kiprin antiböhran proqramının bir hissəsinin maliyyələşdirilməsi üçün təxminən 400 milyon avro məbləğində qızıl satmaq niyyətində olması barədə məlumat verilmişdi.

"Hazırda bu barədə məsələ nə ortaya qoyulub, nə də müzakirəyə çıxarılıb", Mərkəzi Bankın nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən qızıl ehtiyatının satışına yalnız bankın direktorlar şurası tərəfindən icazə verilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti