...

Karib dənizində göyərtəsində 820 kq kokain olan gəmi tutulub

Dünya xəbərləri Materials 10 Oktyabr 2014 06:05 (UTC +04:00)
Kanadanın Kral hərbi dəniz donanmasının eskadra mina gəmisi Athabaskan Karib dənizində qaçaqmalçıların 820 kiloqram kokain daşıyan gəmisini saxlayıb.
Karib dənizində göyərtəsində 820 kq kokain olan gəmi tutulub

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Kanadanın Kral hərbi dəniz donanmasının eskadra mina gəmisi Athabaskan Karib dənizində qaçaqmalçıların 820 kiloqram kokain daşıyan gəmisini saxlayıb. Trend TASS agentliyinə istinadən bu barədə xəbər verir.

Gəminin saxlanılmasında ABŞ və Panama gəmiləri də iştirak ediblər. Bildirilir ki, qaçaqmalçılar kokaini Kolumbiyadan Şimali Amerikaya keçirməyə cəhd göstəriblər. Saxlanılan malın dəyəri 24,5 milyon ABŞ dolları təşkil edir.

Athabaskan eskadra mina gəmisi qaçaqmalçılıq və narkotiklərin yayılmasına qarşı mübarizə üzrə beynəlxalq əməliyyatlarda iştirak etmək üçün Karib hövzəsinə sentyabrda gəlib. Gözlənildiyi kimi, noyabrda da bu əməliyyatlara Kanadanın Brandon və Yellowknife patrul gəmiləri qoşulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti