...

Los-Anceles aeroportunda yanacaq daşıyan yük maşını təyyarə ilə toqquşub

Dünya xəbərləri Materials 4 Noyabr 2014 10:28 (UTC +04:00)
Los-Anceles beynəlxalq aeroportunda yanacaq daşıyan yük maşını boş təyyarə ilə toqquşub. İnsident nəticəsində həlak olan yoxdur.
Los-Anceles aeroportunda yanacaq daşıyan yük maşını təyyarə ilə toqquşub

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Los-Anceles beynəlxalq aeroportunda yanacaq daşıyan yük maşını boş təyyarə ilə toqquşub. İnsident nəticəsində həlak olan yoxdur. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər yayıb.

"Los Angeles Times" qəzeti yanğından mühafizə xidmətinin nümayəndəsinə istinadən məlumat verir ki, insident çərşənbə axşamına keçən gecə baş verib. Toqquşma nəticəsində yük maşınının sürücüsü maşında sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər zərərçəkəni avtomobildən çıxararaq yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdiriblər. Оnun vəziyyəti barədə hələlik məlumat verilmir.

Toqquşma zamanı yanğın baş verməyib. Polis hadisənin başvermə səbəblərini araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti